Ən böyük banklarından biri maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 1,7 MİLYARDI KEÇİB
Bank Respublika bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.
2022-ci ilin ikinci rübü ilə müqayisədə bankın aktivləri 24% artaraq 1,71 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 32% artaraq 141,4 milyon manat olmuş və minimum məcmu kapital normasını 2,8 dəfə üstələmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 37%-dən çox artaraq 53,39 milyon manata, xalis əməliyyat mənfəəti təxminən 2 dəfə artaraq 21,9 milyon manata, xalis mənfəəti isə 41% artaraq 17,59 milyon manata çatıb.
Bankın depozit portfeli də stabil artım nümayiş etdirir ki, bu da müştərilərin banka inamının yüksək səviyyəsinin göstəricisidir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 30,1% artaraq 1,06 milyard manat təşkil edib.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 22 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
