"Naxçıvanbank"ın da maliyyə vəziyyəti məlum oldu

"Naxçıvanbank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 8 milyon 72 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 7 milyon 814 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Naxçıvanbank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 258 min manat və ya 3,3% artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin birinci yarısında "Naxçıvanbank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 miylon 309 min manat, cəmi əmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 5 milyon 991 min manat, əməliyyat mənfəəti 8 milyon 319 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdana azad olan 659 min manat mənfəətə əlavə edilib və mənfəət 8 milyon 977 min manaat yüksəlib. "Naxçıvanbank" 906 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Naxçıvanbank"ın cəmi əməliyyat gəlirləri 12 milyon 509 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 335 min manat, əməliyyat mənfəəti 8 milyon 174 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 361 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.
"Naxçıvanbank"ın cəmi gəlirlərinin 1 milyon 800 min manat artmasına qarşılıq, cəmi xərcləri 1 milyon 656 min manat artıb.
KREDİT PORTFELİ 200 MİLYON MANATI AŞIB
"Naxçıvanbank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 14,6% azalaraq 30 iyun 2023-cü il tarixində 295 milyon 773 min manat təşkil edib. Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 17,9% artaraq 204 milyon 701 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 173 milyon 622 min manat təşkil etmişdi.
"Naxçıvanbank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 27,8% azalaraq 112 milyon 221 min manata düşüb.
30 İyun 2023-cü il tarixində "Naxçıvanbank" 97 milyon 823 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 21 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
