Rusiya Mərkəzi Bankı faiz artırdı
Rusiya Mərkəzi Bank uçot dərəcəsini 1 faiz bəndi artıraraq 8,5%-ə çatdırıb.Rusiya Mərkəzi Bankı uzun fasilədən sonra əsas uçot dərəcəsini 1 faiz bəndi artıraraq illik 7,5%-dən 8,5%-ə yüksəldib. İqtisadçılar və analitiklər 0,50 faiz bəndi artım gözləyirdilər.
Marja.az xəbər verir ki, uçot dərəcəsi sentyabr ayından bəri dəyişməz qalmışdı.
“Mövcud qiymət artım templəri sürətlənib. Daxili tələbatın artması və istehsalın genişləndirilməsi də davamlı inflyasiya təzyiqini artırır”, - deyə Mərkəzi Bank bildirib.
O qeyd edir ki, rublun zəifləməsi də inflyasiyanı artırır.
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozunu bir qədər də pisləşdirib: 2023-cü ildə 5-6,5%, 2024-cü ildə isə 4% olacağını gözləyir. Əvvəllər tənzimləyici bu il qiymət artımını 4,5-6,5% səviyyəsində proqnozlaşdırırdı.
Sonuncu dəfə Rusiya Mərkəzi Bank uçot dərəcəsini 2022-ci ilin fevral ayının sonunda artırmışdı - o zaman, xüsusi əməliyyatın başlamasından və Rusiyanın Qərbdə qızıl-valyuta ehtiyatlarının dondurulmasından az sonra onu təcili olaraq 9,5%-dən 20%-ə qaldırmışdı. Daha sonra altı ay ərzində tənzimləyici siyasəti tədricən yumşaldıb və sentyabr ayından bu prosesə fasilə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib


















.jpg)








