Dövlət Xidmətinin nümayəndələri Türkiyəyə səfər edib
Səfər çərçivəsində Türkiyənin keyfiyyət infrastrukturu sahəsində aparıcı qurumları ilə görüşlər keçirilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Türkiyənin Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində baş tutan görüşlərdə yaxın gələcəkdə Azərbaycanda Türkiyə modelinə uyğun olaraq texniki tənzimləmə sisteminin qurulmasına dəstəyin göstərilməsi üçün birgə layihələrin hazırlanması, bu sahədə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Belə ki, Türk Akkreditasiya Təşkilatının (TÜRKAK) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda akkreditasiya sisteminin müasir standartlara uyğunlaşdırılması, uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilib.
Türkiyə Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşdə isə texniki reqlamentdən irəli gələn istinad standartların tətbiqi ilə bağlı əməkdaşlıq layihələri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsi, qurumlar arasında texniki dəstək məsələləri müzakirə edilib.
Bundan əlavə, Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturu sahəsində qardaş ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin Ticarət Nazirliyinin aidiyyəti qurumları tərəfindən keçirilən seminarlarda iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















