Nazir ərəb şirkətilə Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib
“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə bərpa olunan enerji əməkdaşlığı müzakirə olunub
Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşündə qeyd edib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Bu istiqamətdə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpa olunan enerji baxımından gözlənilən böyük dəyişikliklərdən xəbər verir.
Görüşdə ölkəmizdə “yaşıl” enerji layihələrinin reallaşdırlması məqsədilə tətbiq olunan stimullar barədə məlumat verilib, şirkətin Azərbaycanda həyata keçirdiyi külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
23 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
23 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 23 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
