Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Bankçılıq Məktəbinin təlim proqramını uğurla bitirib

(®) Ziraat Bank Azərbaycanın əməkdaşları Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbinin növbəti məzunları sırasında yer alıblar.
Onlar 6 həftə ərzində Türkiyə Ziraat Bankası-nın müxtəlif sahələr üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən tədris olunan təlimlərdə iştirak ediblər. Tədris zamanı əməkdaşlar makro və mikroiqtisadi siyasət, mühasibat uçotu, hüquq, statistika və şəxsi inkişaf, bankçılıq sahəsinə aid yeniliklər haqqında məlumatlar əldə ediblər. Tədris proqramının son günündə bank əməkdaşları göstərmiş olduğu yüksək nəticələrə görə Türkiyə Ziraat Bankası-nın Analitik Bankçılıq və Məhsul İdarəetmə Qrupunun rəhbəri, həmçinin Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının sədri Dr. İlker Met tərəfindən 2023 Bankçılıq Məktəbi sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan ənənəvi olaraq mütəxəssislərinin Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbində bank sahəsinə aid müxtəlif tədris proqramlarında iştirak etmələrini həyata keçirir. Bununla da bank əməkdaşları 159 illik tarixə malik olan Ziraat Bankın ixtisaslaşmış kadrlarının təlimlərində iştirak etməklə, onların təcrübələrini dinləyir və bu sahədə inkişaf etməklə, biliklərini Azərbaycanda tətbiq edirlər.
Həmçinin Ziraat Bank Azərbaycan mütəmadi olaraq rəhbər kadrlarını və mütəxəssislərini müxtəlif təlim və tədris proqramlarına göndərməklə onların Türkiyə, o cümlədən dünyadakı bank sahəsində baş verən yeniliklər və dəyişikliklər barədə məlumatlanmalarını təmin edir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
4 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
5 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
