Azərbaycan “Hell Energy” şirkətilə şərik oldu - MÜQAVİLƏ İMZALANDI, ƏLƏTDƏ ZAVOD TİKİLƏCƏK
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Hell Energy” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Marja xəbər verir ki, Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov layihənin ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib.
Vurğulanıb ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Qeyd olunub ki, Macarıstanla ticarət, sənaye, enerji, o cümlədən, bərpa olunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. İqtisadiyyat naziri Ələt Azad İqtisadi Zonasının imkanlarının yerli və xarici investorlar, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, yeni birgə layihələrin həyata keçirələcəyinə əminliyini ifadə edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr arasında tərəfdaşlığın, birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə fikirlərini bildirib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbəri olduğu qurumun fəaliyyəti, “Hell energy” şirkətinin icraçı direktoru Barbabas Çereklye və AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə layihə barədə məlumat veriblər. Tədbirdə layihənin təqdimatına dair video-çarx nümayiş etdirilib.
Tədbir çərçivəsində AİŞ və “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan, illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək (ilkin mərhələdə illik doldurma gücü 415 milyon ədəd alüminium içki qutusu) yeni zavodun tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
-
4 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
5 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
