SOCAR və Cisco anlaşdı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.
"SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaqdır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























