Meta şirkəti Twitter-ə rəqibi olan Threads sosial media platformasını işə saldı
Facebook, İnstagram və WhatsApp-ın sahibi olan Meta şirkəti Twitter-ə yeni rəqib sosial media platforması olan Threads-i istifadəyə verib.Meta-nın Twitter-ə rəqibi olan Threads sosial media platformasını işə salıb.
Marja.az Meta-nın yaydığı məlumata istinadən xəbər verir ki, Threads-in İnstagram komandası tərəfindən mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün yaradılan yeni tətbiqdir.
Açıqlamada bildirilib ki, istifadəçilər yeni platformaya İnstagram hesabları vasitəsilə daxil ola bilərlər.
Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada, linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.
Açıqlamada Threads-in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqi App Store və Google Play Store-dan yükləmək mümkün olduğu bildirilib.
Meta-nın Baş İcraçı Direktoru (CEO) Mark Zukerberq rəsmi Threads hesabındakı ilk yazısında "Gəlin bunu edək. Threads-ə xoş gəlmisiniz" bildirib.
Zukerberq, Threads-in vizyonunun söhbət üçün açıq və səmimi bir ictimai məkan yaratmaq olduğunu qeyd edib.
"İlk 2 saat ərzində 2 milyondan çox insan qeydiyyatdan keçib" Zukerberq bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 49 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























