AZAL-dan Bakı-Naxçıvan biletilə bağlı açıqlama - KASSAMIZA 3 VƏ DAHA ÇOX GÜN ÖNCƏ YAXINLAŞIN
AZAL: Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışırıqAZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırıb.
Şirkətin yaydığı məlumata görə, sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayını artırmaqda davam edir.
Belə ki, bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub ki, bu da sərnişinlərə səyahət planlaşdırmaqda rahatlıq və ən əlverişli gediş vaxtını seçmək imkanı verir.
Beləliklə, Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.
Aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik və anlayışlı olmağa çalışır. AZAL bu sərnişinlərin istəyini qarşılayır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.
Lakin aviadaşımalara artan tələbatı nəzərə alaraq, aviaşirkət bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edir. Aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.
Qeyd edilib ki, mülki aviasiyanın işi də müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlaalar və digər məsələlər daxildir.
AZAL yenə qeyd edib ki, sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından və ya [email protected] elektron ünvanı və +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.
Qeyd edilib ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"




















