BOKT "İnternational" ASC 2022-ci ili mənfəətlə başa vurub!
BOKT “İnternational” ASC-nin ötən ili 1 milyon 530 min manat xalis mənfəət ilə başa vurub."Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT “İnternational” ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atmışdır".
Marja.az xəbər verir ki, bu, Təşkilatın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, BOKT “İnternational” ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti “Baker Tilly Azerbaijan” tərəfindən təsdiqlənib.
BOKT-un yaydığı press-relizdə bildirilir ki, BOKT “İnternational” ASC-nin ötən ili 1 milyon 530 min 34 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2021-ci illə müqayisədə 1 milyon 119 min 481 manat yuxarı göstəricidir.
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 8 milyon 688 min 107 manatla başa vurub ki, bu da 2021-ci illə müqayisədə 2 milyon 506 min 462 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT-un aktivləri isə 45% artımla 28 milyon 961 min 449 manata yüksəlib. Aktivlərin 24 milyon 602 min 159 manatını kredit portfeli təşkil edib.
Bütün növ kreditərdə artım baş verib. Belə ki, BOKT-un 2021-ci ilin sonuna verilən kredit məbləği 38 040 456 manat, 2022-ci ilin sonuna isə verilən krediti məbləği 45 829 744 manat artıb.
BOKT-da 2022-ci ilin sonuna işçi sayında da artım baş verib. BOKT-un 2021-ci ilin sonuna işçi sayı 222 nəəfər, 2022-ci ilin sonuna isə bu say 252 nəfərə çatıb.
Qeyd edilib ki, BOKT “İnternational” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır.
BOKT-un Bakı və regionlarda ümumilikdə 30 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















