Səhv icra olunmuş ödəniş əməliyyatlarının geri ödənilməsi qaydası məlum olub
Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı tərəfindən həyata keçirilən ödəniş əməliyyatının icrası haqqında məlumatlandırıldığı halda, ödəniş əməliyyatının icrasından sonra 6 (altı) ay müddətindən gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə ödəniş xidməti təchizatçısını dərhal məlumatlandırmalıdır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatının icrası haqqında bu Qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırmadığı halda bu müddət tətbiq edilmir.. Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında ödəniş xidməti istifadəçisindən bildirişi aldıqdan sonra sübutları 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir.
Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda da bu Qanunun tələbləri şamil edilir. Avtorizə edilməmiş ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə müəyyən edilmiş qaydada vəsaiti geri qaytarır. Avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə vasitəçinin təqsiri müəyyən edildikdə o, ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı ödəniş xidməti təchizatçısının çəkdiyi xərcləri kompensasiya etməlidir.
Ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir.
Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, vasitəçi ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və ödəniş əməliyyatının onun tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın təsirinə məruz qalmadığını sübuta yetirməlidir. Ödəniş xidməti istifadəçisi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə olmasını və ya qanunla müəyyən edilmiş vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda ödəniş xidməti təchizatçısı, zəruri olduqda isə vasitəçi fırıldaqçılıq əməliyyatının baş verdiyini və ya ödəniş xidməti istifadəçisi tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
47 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
49 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
56 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
59 d. əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)




.jpg)






.jpg)







