Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır
İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaqRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 22 iyun 2023-cü il saat 11:00-da satışa çıxarılacaq.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 565 reys həyata keçirilib, 23 min 11 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
9 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
10 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur



























