"Ötən il 27 milyard dollar xərcləmişik, Azərbaycanı sərmayə qoymağa dəvət edirik"
Azərbaycan böyük təbii sərvətlərə - neftə, qaza malikdir.
Bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.
“Bizim təbii ki, bu sahədə sıxıntımız var. Çox bahalı idxala bağlı ölkəyik. Bizim üçün bu çox baha başa gəlir. Biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İdxal olunan inflyasiya, Ukrayna müharibəsi ilə bağlı neftin qiymətinin artması və digər bütün çağırışlar bizim ölkənin üzərində böyük təzyiq yaradır. Təsəvvür edin ki, ötən il biz enerjiyə 27 milyard ABŞ dolları pul xərcləmişik. Biz Azərbaycanla eyni zamanda neft-kimya sahəsində əməkdaşlıq etmək istəyirik”, - Pakistan Baş naziri deyib.
Şahbaz Şərif Səudiyyə Ərəbistanının "Aramco" şirkəti ilə danışıqlar apardıqlarını qeyd edib: “Biz çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sahəsində həyata keçirə bilsək, inandırım sizi ki, əziz qardaşım, çox bahalı olan neft idxalı xərclərini günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Hətta biz bu enerjini ixrac edə bilərik. Bir neçə ilə ərzində addım-addım irəliləyərək bunu mümkün edə bilərik. Bizim portfelimiz 10000 meqavata bərabərdir. Sizi də bu istiqamətdə bizimlə işləməyə dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə Azərbaycan iştirak edə, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
15 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
15 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
15 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 16 saat əvvəl
-
18 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












