Mayda Azərbaycanda deflyasiya qeydə alınıb
Azərbaycanda illik (12 aylıq) inflyasiyanın sürəti 12,8 faizdən 11,5 faizə düşüb.2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 13,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz artıb.
Marja xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,7 faiz tartmışdı.
Qeyd edilib ki, 2023-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz azalıb (deflyasiya - qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi), əvvəlki ilin may ayına nisbətən 11,5 faiz yüksəlib. 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 12,8 faiz artmışdı.
2023-cü ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz azalıb, əvvəlki ilin may ayına nisbətən 12,7 faiz artıb.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin may ayına nisbətən 10,7 faiz yüksəlib. May ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və noutbukların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin may ayına nisbətən 10,5 faiz artıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
8 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
9 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
9 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
























