Norm Sement “ICCX Academy Baku 2023” beynəlxalq beton konfransı və sərgisinə ev sahibliyi edib
(®) Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement 8 iyunda Bakıda keçirilən “ICCX Academy Baku 2023” beynəlxalq beton konfransı və sərgisinə ev sahibliyi edib. Konfransda Avropanın beton sənayesi və texnologiyaları sahəsində fəaliyyət göstərən 16 şirkəti, Azərbaycanda fəaliyyət göstərən inşaat materialları sənayesinin aparıcı şirkətlərinin 200-dən çox mütəxəssisi iştirak edib.
Tədbir əsasən Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinin aparılması çərçivəsində müasir texniki həllər (yığma dəmir-beton, beton yollar, silindirlə sıxlaşdırılmış beton yol) araşdıran maraqlı tərəfləri bir araya gətirib.
Yerli inşaat materiallarının yeni texnologiyaların tətbiqi vasitəsilə istifadəsini təşviq edən konfransda Qarabağın sürətli bərpası, yenidənqurması və inşası üçün perspektivlər müzakirə edilib.
“ICCX Academy Baku 2023” müxtəlif mövzuları əhatə edib. Belə ki, konfrans spikerləri “İnfrastruktur layihələri, özəl və kommersiya binaları üçün yığma dəmir-betonla Bina İnformasiya Modelləşdirməsi (BİM) dizaynı, istehsalı və tikintisi”, “Beton yolların inşası – Yol inşaatı texnologiyasında iqtisadi alternativ”, “Beton qarışıqlarını optimallaşdırmaq üçün çoxməqsədli yanaşmalar”, “Dayanıqlı yenidənqurma üçün yüngül beton blokların istehsalı və tikintisi” mövzularında təqdimatlar ediblər.
Konfransla yanaşı, sərgi Avropanın aparıcı şirkətlərinin ən son məhsullarının, xidmətlərinin və texnologiyalarının konfrans iştirakçılarına nümayişinə şərait yaradıb. Ziyarətçilər konfrans məruzəçiləri və sərgi iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparmaq, həmçinin tikinti materialları sənayesində ən son yeniliklərdən xəbərdar olmaq imkanı əldə ediblər.
“ICCX Academy Baku 2023” Azərbaycanda müasir inşaat texnologiyalarının təşviqatını dəstəkləyib.
Qarabağın yenidənqurması və bərpası çərçivəsində həyata keçirilən infrasktruktur layihələrinin sement təchizatında əhəmiyyətli paya sahib olan Norm Sement bölgədə sürətli, yaşıl, müasir texnologiyaların tətbiqini və inşaat trendlərini təşviq edir.
Qeyd edək ki, "Norm" ASC müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu - NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 26 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)



