"Cratos Hall" restoranının rəhbəri cərimələndi
Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”.
Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas məqsədi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)







.jpg)



