Türkiyənin yeni maliyyə nazirindən "Qaydalara əsaslanan siyasət qurulacaq" açıqlaması
Türkiyənin yeni Maliyyə naziri Mehmet Şimşək sosial media hesabında etdiyi paylaşımda, "Yerli və beynəlxalq çətinliklərlə yolumuza davam edərkən, proqnozlaşdırıla bilənliyi artırmaq üçün qaydalara əsaslanan bir siyasət yaratmaq vədimizi bir daha təsdiqləyirik" mesajını verib.
Marja xəbər verir ki, nazir Şimşək Twitter hesabında ingiliscə paylaşım edib.
Beş illik fasilədən sonra Xəzinə və Maliyyə naziri kimi and içmək şərəfinə sahib olduğunu qeyd edən Şimşək, bu vəzifədə xalqa xidmət etmək məsuliyyətini ona həvalə etdiyi üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, faiz dərəcələri ilə inflyasiya arasında bir əlaqə var. Ərdoğana görə, faiz dərəcələri nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar. Ənənəvi (qəbul edilmiş qaydalar) iqtisadi siyasətə görə, yüksək inflyasiya dövrlərində mərkəzi banklar faiz artırırlar. Yüksək inflyasiyanın olduğu bir şəraitdə Türkiyə Mərkəzi Bankının faizini azaltması tənqid olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 d. əvvəl
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























