Azərbaycandan ilk 5 ayda qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard dollara çatıb
“İxrac icmalı”nın iyun sayına əsasən, 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1% artıb.
2023-cü ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. 2023-cü ilin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8%, meyvə-tərəvəz ixracı isə 10,4% artıb. 2023-cü ilin yanvar-may ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 349,1 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8% artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub. Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 180 milyon ABŞ dollarına bərabər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


