Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Daha çox narahat olduğumuz məsələ inflyasiyadır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Daha çox narahat olduğumuz məsələ inflyasiyadır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O, qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağını bildirib: “Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır”.

"İllik inflyasiya 8,3% olacaq"

 Taleh Kazımov bildirib ki, Aprel ayının illik inflyasiyası 12,8% təşkil edib.Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır: “Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub”

"Prqonoz özünü doğrultmayacaq"

Deputat Əli Məsimli bildirib ki, “faizlər ikirəqəmlidir və onları real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdəki 2-3 aylıq müddətdə effekt verə bilər, lakin istehsala qoyula bilməz".

"Biz inflyasiyanı endiririksə, bank faizləri də aşağı olmalıdır. Siz illik inflyasiyanı 8,3 faiz olaraq qeyd etmisiniz. Bir daha deyirik ki, bu rəqəmlər doğru deyil, özünü doğrultmayacaq. Keçən il də qeyd edilən rəqəmlər özünü doğrultmadı”, - deyə deputat Mərkəzi Banka iradlarını çatdırıb.

© APA

05.06.2023 10:52

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18