Daha bir sərgidə KOB-lar üçün ödənişsiz yerlər ayrılıb
Məhsul və xidmətlərin geniş auditoriyaya tanıdılması, işgüzar əlaqələrin genişləndirilməsi və satış imkanlarının artırılmasına dəstək məqsədilə KOB-lar üçün yerli şirkətlərin tanıtım sərgisində də ödənişsiz yerlər ayrılıb.Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 8-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.
150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılmasına dəstək, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend də qurulacaq. Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 27 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: https://bit.ly/44G0Wiq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
2 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 10 d. əvvəl
-
20 d. əvvəl
Gələcək artıq buradadır! Sea Breeze-də Digital Residence-in inşasına başlanır.
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)






.jpg)
