Gədəbəydə qızıl hasilatı azalıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin II rübündə Gədəbəy rayonu ərazisində 12 140 unsiya qızıl, 45 718 unsiya gümüş və 716 ton mis hasil edib.
Şirkətdən verilən xəbərə görə, ümumilikdə II rübdə qızıl ekvivalentində hasilat 14 775 unsiya təşkil edib.
Bu ilin ilk yarısında isə şirkət qızıl hasilatını ötən ilin analoji dövrü ilə müqayisədə 31% azaldıb və 23 218 unsiya qızıl hasil edib.
Hesabat dövründə gümüş hasilatı 6% azalaraq 85 087 unsiya, mis hasilatı isə 36% artaraq 1 322 ton olub.
Ümumilikdə, I yarımillikdə qızıl ekvivalentində 28 554 unsiya hasilatı qeydə alınıb və bu, ötən ilin analoji dövrünə nisbətən 22% azdır.
Qeyd edilir ki, bu il üçün qızıl ekvivalentində ümumi hasilat 64-72 min unsiya həcmində gözlənilir.
Bununla yanaşı bildirilir ki, II rübdə 7 406 unsiya qızıl külçələri 1 258 ABŞ dolları/unsiya qiyməti ilə satılıb.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Gadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənlərində hasilatla məşğuldur. Ötən il Gədəbəy ərazisində “Uğur” qızıl yatağı kəşf olunub və buradan bu ilin sonuna qədər hasilata başlanması gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)






