Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib
Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Faiq Qəniyev deyib ki, Səlim Müslümov bu ay ərzində israfetmə epizodu üzrə ayrılmış cinayət işi üzrə şirkətlərin əvəzinə dəymiş ziyanın 4 milyon 500 min manatını ödəyib.
Bundan başqa, israfetmə epizodu üzrə şirkətlər tərəfindən 600 min manat ödənilib. Bu həftə ərzində istintaq orqanı tərəfindən ödəmənin mahiyyəti ilə bağlı son məlumat məhkəməyə təqdim olunacaq.
Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib.
Növbəti iclas mayın 15-nə təyin olunub.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





