Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollar yardım edir
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman, qarşıdurmaların davam etdiyi Sudanın vətəndaşları üçün 100 milyon dollarlıq humanitar yardım göstərilməsini tapşırıblar.
Marja xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi SPA məlumat yayıb.
“Kral və Vəliəhd Şahzadə Humanitar Yardım Mərkəzinə Sudan xalqına 100 milyon dollar məbləğində humanitar yardım göstərməyi tapşırıblar”, - deyə məlumatda bildirilir.
Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Sürətli reaksiya qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir. Müxalif qüvvələr mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi başlataraq döyüş əməliyyatları və obyektlərə nəzarətdə əldə olunan uğurlar barədə ziddiyyətli bəyanatlar verirlər. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayı 550-yə çatıb, 4,9 mindən çox yaralı var.
BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Sudandakı tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Ötən cümə günü Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən xəbər verib ki, Sudan hökumət ordusu və Sürətli reaksiya qüvvələri nümayəndə heyətləri danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gediblər. Daha sonra Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də bildirib ki, münaqişə tərəfləri arasında davam edən danışıqlar onlar real, müvəqqəti atəşkəsə razılaşana qədər davam edəcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 20 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)






.jpg)








