“PAŞA Həyat” 2023-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqladı
Lider həyat sığortası şirkəti “PAŞA Həyat Sığorta” ASC 2023-ci ilin 1-ci rübü üzrə beynəlxalq standartları əsasında hazırlanmış maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 31 mart 2023-cü il tarixinə şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon AZN qədər artaraq 9,5 milyon AZN təşkil etmişdir.
Ötən ilin ilk 3 ayına nəzərən şirkət bu ilin ilk 3 ayında 3 dəfədən çox sığorta ödənişləri həyata keçirib. Belə ki, müştəriyönümlülüyü ilə seçilən şirkət cari ilin ilk rübündə 48 milyon AZN sığorta ödənişi həyata keçirmişdir.
Qeyd edilib ki. birinci rüb ərzində şirkətin sığorta yığımlarında da artım müşahidə olunub. Ümumi sığorta yığımları keçən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 124 milyon manata çatmışdır. Burada yığımların əsas hissəsini “Həyatın yaşam sığortası” və “İcbari həyat sığortası” məhsulları təşkil etmişdir - müvafiq olaraq yığımlar 99 milyon AZN və 11 milyon AZN olmuşdur.
PAŞA Həyat şirkətinin dinamik inkişafı digər maliyyə nəticələrində də özünü göstərib. Nəticələrə əsasən, birinci rübdə məcmu aktivlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 613 milyon AZN dəyərində qərarlaşıb. Hesabat dövründə şirkətin ümumi kapital həcmi isə 80 milyon AZN təşkil etmişdir.
Beləliklə, şirkətin cəmi ümumi gəliri 2022-ci ilin ilk rübü ilə müqayisədə 6% artaraq 9 milyon manatda qərarlaşıb.
Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan şirkətin hesabat dövründə hazırlanmış mobil tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq müştərilər üçün cari hesabları üzrə istənilən əməliyyatları smartfon vasitəsilə idarə etmək imkanı yaradır. Həmçinin tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunacaqdır.
Qeyd edilib ki, müştəri məmnunluğunu üstün tutaraq müştərilərə günün 24 saatı, həftənin 7 günü xidmət etmək və operativ cavablandırmanı reallaşdırmaq üçün üçün Mərkəzləşmiş mesajlaşma platforması istifadəyə verilib.
"Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- məlumatda bildirilir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)


