Xəzər Universiteti Dünya Məktəbinin 4 şagirdinin hazırladığı robot ABŞ-da yüksək qiymət aldı - FOTO/VİDEO
(®) Xəzər Universiteti Dünya Məktəbinin 4 şagirdi Azərbaycan komandasının heyətində “First Robotics Competition” yarışmasında iştirak edib.
Bunlar 10-cu sinif şagirdləri Müslüm Əliyev, Yusif Şükürlü, 9-cu sinif şagirdləri İbrahim Allahverdiyev və Nicat Tağızadədir.
Onların üzvü olduqları MechHack #9030 komandası komandanın baş mentoru Təranə xanımın rəhbərliyi ilə yarışmada uğurlar iştirak edib və ən yaxşı yeni komanda mükafatını və dünya çempionatı üçün “Wild Card” qazanıblar.
Bu barədə məktəbin direktoru Rəna Həsənova fikirlərini bildirib: “4 şagirdimiz uğurla Azərbaycan komandasının heyətində idi. Onlar uğurlu çıxış ediblər. Texnologiya əsrində şagirdlərimizin bu cür biliklərə sahib olması bizi sevindirir. Çünki qarşımızda duran vacib vəzifələrdən biri də budur. Şagirdlərin texnoloji biliklərinin yüksəldilməsinə xidmət etməliyik. Əminik ki, qarşıdakı yarışlarda başqa şagirlər də iştirak edəcək”.
Daha sonra yarışmada iştirak edən şagirdlər danışıblar. İbrahim Allahverdiyev yarışdakı çıxışlarından söz açıb: “Bu yarışma gənclərin biliklərini ortaya qoymaq üçün böyük yarışmadır. Dünya çempionatına “Wild Card” qazandıq. Yaratdığımız robot sadə dizaynda olsa da, əməliyyatları sürətli və effektiv yerinə yetirdi. Azərbaycandan ilk komanda olsaq da, dünya çempionlarına qalib gəldik”.
Nicat Tağızadə isə robot haqqında danışıb: “Robotumuzun çəkisi 30 kq və boyu isə 150 smdır. Biz robotumuzu qaydalara görə qururuq. Əsas işimiz robotu təkmilləşdirmək idi”.
Müslüm Əliyev sosial layihələrdən söz açıb: “Bizim sosial prosesləri həyata keçirəndə məqsədimiz robotexnikanı Azərbaycanda inkişaf etdirmək idi. Uşaqlara da bu yöndə dərslər vermişik və bunu pulsuz etmişik. Lakin bəzi valideynlər qarşılığında heyvan yeməkləri verirdi və biz onlar heyvanlar üçün aparırdıq”.
Yusif Şükürlü çətinliklərdən danışıb: “Biz robot düzəldərkən çətinliklərlə üzləşdik. Gec başladığımıza sponsorlarımız az idi. Finans hissəsi valideynlərin üzərində düşdü. Çətinliklərə baxmayaraq Azərbaycan Nyu-Yorkda layiqincə təmsil etdik. Növbəti illərdə də ən yaxşısını etməyə çalışacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















