Dollar avro və yen qarşısında ucuzlaşır
2023-cü ilin 1-ci rübündə ABŞ ÜDM-i ilə bağlı məlumatların açıqlanmasından əvvəl, çərşənbə günü dollar avro və yen qarşısında ucuzlaşır.
Marja xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1,0972 dollardan 1,1044 dollara yüksəlib (avro dollar qarşısında 0,6% bahalaşıb). Dolların yen qarşısında məzənnəsi 133,71 yendən 133,56 yenə düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,53% azalaraq 101,32 bənd təşkil edib.
Cümə axşamı ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) ilə bağlı məlumatlar dərc olunacaq. Analitiklər proqnozlaşdırırlar ki, ABŞ iqtisadiyyatı, ilkin hesablamalara görə, keçən ilin dördüncü rübündə 2,6 faiz artdıqdan sonra birinci rübdə 2 faiz artıb.
Gələn həftə, mayın 2-3-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclası olacaq. CME Group tərəfindən sorğuda iştirak edənlərin 70%-dən çoxu FED-in faiz dərəcələrini növbəti dəfə 0,25 bənd artıraraq 5-5,25%-ə qaldıracağı gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
















.jpg)



