Expressbank 2023-cü ilin ilk rübünü mənfəətlə başa vurub
Expressbank ASC 2023-cü ilin birinci rübündə 3 milyon 441 min manat xalis mənfəət əldə edib. Bankın aktivləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 20% artaraq, 440 milyon 633 min manat təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Kredit və depozit portfelinin həcmi artıb
Qeyd edilib ki, cari ilin ilk rübü üzrə Bankın kredit portfelinin həcmi 299 milyon 516 min manat olub ki, bu da ötən ilin eyni dövründən 14% yüksəkdir.
Artım depozit portfelinin həcmində 20% təşkil edərək, 186 milyon 481 min manat olmuşdur. Portfelin 151 milyon 273 min manatını fiziki şəxlərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Bank gəlirləri 18% artıb
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Bankın gəlirləri 18% artaraq, 17 milyon 960 min manat olub. Bank gəlirlərinin 12 milyon 966 min manatını faiz gəlirləri, 4 milyon 995 min manatını isə qeyri-faiz gəlirləri təşkil edib.
Qeyd edilib ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi “Fitch Ratings” tərəfindən “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqlənib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Xidmət keyfiyyəti ilə seçilən Expressbank ASC-nin Bakı şəhəri və regionlar üzrə 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir





























