Bank xalis mənfəətinin 2,5 dəfə artdığını açıqladı - AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB
"Premium Bank" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 3 milyon 506 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 393 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2,5 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və ehtiyatlardakı vəsaitdən mənfəətə əlavə edilməsindən qaynaqlanır.
Marja xəbər verir ki, "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) ötən ilin ilk rübündə 11 milyon 227 min manat ikən, 2023-cü ilin ilk rübündə 12 milyon 402 min manata yüksəlib.
2023-cü ilin 1-ci rübündə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 736 min manat da "Premium Bank"ın 2 milyon 770 min manat əməliyyat mənfəətinə əlavə edilib. 2022-ci ilin 1-ci rübündə Bank 2 milyon 149 min manat əməliyyat mənfəətindən 757 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
BANKIN AKTİVLƏRİ 700 MİLYON MANATI AŞIB
2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə "Premium Bank"ın cəmi aktivləri 8 milyon 725 min manat artaraq 700 milyon 927 min manata, o cümldən kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 31 milyon 784 min manat artaraq 468 milyon 752 min manata çatıb.
31 Mart 2023-cü il tarixində "Premium Bank" ASC 170 milyon 785 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 175 milyon 718 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 40 d. əvvəl
- 47 d. əvvəl
-
50 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma



























