2 fiziki şəxsə məxsus olan BOKT-un qazancı kəskin artıb
“MJ Financial Services BOKT” QSC 2022-ci ili 2 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2021-ci ili 905 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə “MJ Financial Services BOKT”un xalis mənfəəti 2,6 dəfə artıb. Xalis mənfəətin artması faiz gəlirlərinin kəskin artmasından qaynaqlanır. Eyni zamanda, təşkilatın faiz xərclərində ciddi artım baş verməmiş, gözlənilən kredit zərərləri üzrə ehtiyata ayırdığı vəsait azalıb.
Marja.az xəbər verir ki. 2021-ci ildə “MJ Financial Services BOKT”un faiz gəlirləri 2 milyon 522 min manat ikən, 2022-ci ildə 4 milyon 482 min manata yüksəlib (1,8 dəfə artıb).
2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə “MJ Financial Services BOKT”un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 302 min manat və ya 22,6% artaraq 31 Dekabr 2022-ci il tarixində 12 milyon 468 min manat təşkil edib.
2022-ci ilin sonunda kredit şirkətinin işçilərinin sayı 32 nəfər olub.
“MJ Financial Services BOKT” şirkəti son istehlakçıların həyata keçirdiyi alışları maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Şirkətin maliyyələşdirdiyi əsas məhsul növləri mebel və ev aksesuarlarıdır. Bu sahədə Şirkət müxtəlif tanınmış brendlərin satışını həyata keçirdiyi mağaza və şəbəkələrlə əməkdaşlıq edir.
2019-cu ildə yaradılmış “MJ Financial Services BOKT” QSC-nin səhmdarları Camal Aydınov (70%) və Mədət Rüstəmovdur (30%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
38 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti



























