Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat Bank...
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 5 Azərbaycan bankında depozit yerləşdirib.
Marja xəbər verir ki, Fond tərəfindən depozit yerləşdirilən banklar Bank Respublika, Bank of Baku, Expressbank, RabitəBank və Ziraat Bank Azərbaycan-dır.
31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 65 milyon 695 min manat təşkil edib. Bu, 2021-ci ilin sonu ilə (59 milyon 525 min manat ) müqayisədə 6 milyon 170 min manat və ya 10,4% çoxdur.
Sahibkarlığın İnkişafı Fondu ən çox depoziti Bank Respublikada (20 milyon manat) və Ziraat Bank Azərbaycan-da (17 milyon manat) yerləşdirib.
Qeyd edək ki, 2022-ci ilin nəticələrinə görə, həm say, Bank Respublika Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatıdır.
Sahibkarlığın İnkişafı Fondu 65 milyon 695 min manatlıq depozitdən 3 milyon 195 min manat faiz gəlirləri gözləyir.
Fond banklara pulunu 5% – 9.50% civarında faizlər ilə yatırıb.
Sahibkarlığın İnkişafı Fondu dövlət istiqrazları kimi tanınan Maliyyə Nazirliyinin qiymətli kağızlarına da investisiya yatırıb. 31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunu qiymətli kağızlara investisiyaları 33 milyon 698 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə (19 milyon 8 min manat) müqayisədə 1,8 dəfə və ya 14 milyon 690 min manat çoxdur.
Sahibkarlığın İnkişafı Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
38 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























