Şirkətdən 44,4 milyon manatlıq investisiya - 2-ci butulka zavodunu yaradır
Sumqayıt Kimya Sənaye Parkında ikinci butulka istehsalı müəssisəsi yaradılacaqSumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 44,4 milyon manat olan ikinci şüşə tara məhsulları istehsalı müəssisəsi inşa edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, şüşə tara məhsullarının istehsalçısı “Glassica” QSC Sənaye Parkının ərazisində ikinci analoji müəssisənin qurulması üzrə işlərə başlayıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bununla əlaqədar olaraq şüşə əritmə texnologiyaları sahəsində 130 ildən çox təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti ilə “Glassica” QSC arasında sənəd imzalanıb. Sənədə əsasən, alman şirkəti yeni yaradılacaq müəssisənin layihələndirilməsini həyata keçirəcək, müasir avadanlıq və texnologiyalarla təchiz edəcək.
İnvestisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Qeyd: “Glassica” QSC-nin hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən şüşə tara məhsulları istehsalı müəssisəsi ildə 50 ton məhsul istehsal etmək gücündədir. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, Moldova, Rumıniya və Gürcüstana ixrac edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 31 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib

























