Məşhur Britaniya əsilli MG ZS modelinin 2023-cü il versiyaları artıq Bakıda! - QİYMƏT
(®) Məşhur Britaniya əsilli MG ZS modelinin 2023-cü ildə istehsal olunmuş versiyaları artıq Bakıya gətirilib.
Bu haqda MG markasının rəsmi distribyuteri olan ASIA Motors şirkətinin Marketinq meneceri Xəyalə Abdurahimova xəbər verib.
İngiltərə və Avropada satış liderləri arasında olan bu krossoverin sələfi ölkəmizə ilk dəfə 2021-ci ildə daxil olmuşdur və insanlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Britaniya dizaynerlərinin (UK as a state-of-the-art design studio) əməyi eksteryerin hər bir detalında – avtomobilə təmkinli aqreessiya verən geniş korpusun ön radiator barmaqlıqlarına birləşməsində, daha çox görmə imkanı verən yenilənmiş ön LED DRL və arxa tam LED fənərlərində hiss olunur. Ağ, boz, qara, göy və qırmızı rənglərlə təqdim olunmuş bu heyrətamiz krossover avtomobil həvəskarlarını həm də öz dinamik görünüşlü ilə cəlb edir.
2023 MG ZS-in əsas texniki göstəriciləri və özəlliklərini təqdim edirik:
Uzunluq/ En/ Hündürlük, mm - 4323/ 1809/ 1653
Çəki, kq - 1318
Təkər bazası, mm - 2585
Yerdən hündürlük (klirens), mm - 145
Yanacaq çəni, L - 45
Oturacaq sayı, ədəd - 5
Baqaj həcmi, L- 359/1166
Mühərrikin həcmi, k.sm - 1500
Mühərrikin növü - sadə
Mühərrikin gücü, a/g- 118
Mühərrikin dartı qüvvəsi, Nm - 180
Maksimal sürət, km/s- 170
0-100 sürətlənmə, saniyə - 12.8
Sürətlər qutusu - 8 CVT
Həmçinin sürücü və sərnişin təhlükəsizliyi alıcılar üçün vacib göstərici olduğu üçün, MG ZS-də hər bir təhlükəsizlik sistemi xüsusi diqqətlə təkmilləşdirilmişdir. Qapılarda sürət həssaslı bağlanma, ABS, SCS, EBA, hündürlüyə qalxma assistenti, Auto Hold, sürücü və sərnişin təhlükəsizlik hava yastığı, yan təhlükəsizlik hava yastıqları, arxa park radarları, 360° kamera sistemi və digər təhlükəsizlik sistemləri onu ailə səyahətləri üçün ideal seçim edir.
Bu mükəmməl, kompakt yolsuzluq avtomobilinin geniş salonunda əlavə sərnişin üçün kifayət qədər yer ayrılıb. Ailəni düşünülərək hazırlanmış 359/ 1166 litr tutumlu 2 yaruslu baqajda uşaq arabasından başlayaraq istədiyiniz əşyaları yerləşdirmək mümkündür. Panoram tavan isə bütün səyahətlərinizi daha fərqli və əyləncəli edəcəkdir.
Bundan əlavə öz sinfində daha keyfiyyətli 10.1" sensor ekran, 6 istiqamətdə tənzimlənən ön elektrik oturacaqlar və qızdırıcıları, 3D audio sistem, Apple CarPlay, Android Auto və zəngi qaçırmamağınız üçün Smart Bluetooth bağlantısı ilə təchiz edilmişdir ki, bu da avtomobilin idarəetməsini mümkün dərəcədə rahat və təhlükəsiz edir.
Üstünlükllərdən biri də satılan hər avtomobilə istehsalçı tərəfindən verilən 5 il və ya 150 000 km zəmanətdir.
ASIA Motors şirkəti isə öz növbəsində prinsiplərinə sadiq qalaraq gözəl və müasir avtomobillərin hər kəsə münasib olması üçün əlverişli şərtlər təqdim edir. MG ZS modelini siz barter və 20% ilkin ödənişdən başlıyan, illik 10%-dan başlıyan, maksimal 5 ilədək olan kredit və lizinq şərtləri ilə əldə edə bilərsiniz.
Satış qiyməti 36500 AZN olan bu avtomobili daha dərindən hiss etmək üçün sınaq yürüşü edilməsi və ətraflı məlumat almaq üçün sizi Babək prospekti 28 ünvanında yerləşən satış salonuna dəvə edirik.
Telefon: +994 12 525 5151
Mobil: +994 50 400 1924
+994 50 444 1924
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
8 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












