Azərbaycanda nə qədər benzin istehsal olunur?
2016-cı ildə Azərbaycanda 1 milyon 153 min ton avtomobil benzini istehsal olunub.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, isrehsal 2015-ci ilə nisbətən istehsal 6%-ə yaxın azalıb.
Ötən il 2 milyon 315,2 min ton dizel yanacağı istehsal olunmuşdur ki, bu da 2015-ci illə müayisədə 17,4% azdır.
2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 524,1 min ton benzin istehsal edilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% çoxdur. Dizel yanacağının istehsalı isə 17,7 faiz azalaraq 807,6 min tona düşüb.
SOCAR 2016-cı ildə avtomobil benzini ixrac etməyib. SOCAR-dan verilən məlumatda görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir.
Daxili istehsaldan əlavə Azərbaycana benzin idxalı da mövcuddur.
2016-cı ilin sonuna Azərbaycanda avtomobil parkının sayı 1 milyon 347 min 812 ədəd təşkil etmişdir. Ötən il 10 min 457 avtomobil ilkin qeydiyyata alınmışdır.
Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarı ilə, ən çox istifadə edilən Aİ-92 markalı benizinin hər litri üçün satış qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırıb.
Tarif Şurası benzinin qiymətinin artırılmasına əsaslar kimi aşağıdakıları göstərib:
- Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması,
- Ekoloji mühitin yaxşılaşdırılması,
- Artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi,
- Neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi,
- Ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər,
- Artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması,
-Xarici valyuta gəlirlərinin azalması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)



