1700-ə yaxın bağçanın monitorinqi aparılıb, ciddi problemlər aşkarlanıb
"Bəzi bağçaların əsaslı təmirə ehtiyacı var".Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, monitorinq zamanı infrastrukturla bağlı ciddi problemlər aşkarlanıb:
"Bəzi bağçaların əsaslı təmirə ehtiyacı var. Bir çox bölgələrdə bağça ehtiyacları da var. Bu ehtiyacları müəyyənləşdirib müvafiq işlər aparmağı düşünürük. Həmçinin araşdırmalarımız göstərdi ki, bir çox tərbiyəçinin ciddi təlimlərə ehtiyacı var, tədrislə bağlı resurs qıtlığı müşahidə edilir. Bu nəticələrlə bağlı Nazirlikdə həm qısamüddətli, həm də uzunmüddətli həllər işlənib hazırlanıb".
Nazirlik: Bakı, Sumqayıt, Abşeronda kifayət qədər bağça yoxdur
Elnur Əliyev deyib ki, Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur.
O bildirib ki, bu bölgələrdə elə bağçalar var ki, bütün yerlər doludur, lakin 300-400 valideyn növbə gözləyir:
“Biz bu problemin aradan qaldırılmasına çalışırıq. 2023-cü ilin I rübü ərzində ölkə bağçalarda 3 monitorinq aparılıb, monitorinq 1000-ə yaxın bağçanı əhatə edib. Bəzən müşahidə edilib ki, bağçalarda yerlər tutulub, lakin uşaqlar gəlməyib”.
Qeydiyyatdan keçib gəlməyən uşaqlar bağçadan xaric olunacaq
Qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.
Bnu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, bunun üçün normativ sənədlərə düzəliş ediləcək:
"Elə etməliyik ki, növbədə dayanan valideynlər uşaqlarını bağçaya yerləşdirə bilsinlər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 d. əvvəl
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























