Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında deyib.
“Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, Madrid prinsiplərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”.
“Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - Ermənistanın hökumət başçısı əlavə edib.
Paşinyan qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir”.
“SSRİ-nin digər subyektləri, Alma-Ata Bəyannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyinetmə hüququndan istifadə edib müstəqillik əldə etdilər, o cümlədən də Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı”, - Paşinyan əlavə edib.
Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb: “Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi elə erməni tərəfi olub.
Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?
Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda, o, öz müqəddəratını kimdən müəyyən edir?
Beləliklə də, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir.
Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm” dedi.
Bunun cavabında isə Ermənistana dedilər ki, əgər bunu sən deyirsənsə, o zaman bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır.
Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”, - Paşinyan bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
11 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
12 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir





















