2 kolbasa şirkətinin istehsal üçün qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Payım" ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən "Al-Sana" MMC-nin istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.
Marja xəbər verir ki, 2023-cü ilin Mart ayında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin "Qida təhlükəsizliyi qeydiyyatı" ləğv edilib.
Həmçinin AQTA, "Dilim-Dilim", “Əsl dad” kolbasalarının istehsalçısı olan "Sevilən Ad" MMC-nin də istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
Qida məhsulları insan həyatı və sağlamlığı üçün təhlükəsiz olmalıdır.
"Qida təhlükəsizliyi haqqında"Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri qeydiyyata alınır. Qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərmək qadağandır.
Qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyətidir. Qida təhlükəsizliyi göstəriciləri - sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilərdir.
Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Aşkar edilmiş uyğunsuzluqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda həmin obyektlərin təsdiqi ləğv olunur. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddətdə əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
16 d. əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
13 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
13 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
13 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb











.jpg)












.jpg)
