Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
06 aprel 2023-cü il tarixdə ASC "Xalq” Bankı Türkiyə Respublikasının Ziraat Bankının ESG standartlarına uyğun olaraq istifadə olunacaq 1.3 milyard dollar məbləğində davamlılıq meyarlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Bu barədə Marja-ya ASC "Xalq” Bankından bildirilib.
Qeyd edilib ki, davamlılıq meyarı olaraq bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələnin təsirlərini yumşaltmaq məqsədilə Zəlzələdən zərərçəkənlərə Dəstək Paketi üzrə ayrılan kreditlər müəyyənləşdirilmişdir.
Layihədə 24 ölkədən 53 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.
Xatırladaq ki, ötən il də Xalq Bank Ziraat Bankın 1,24 milyard dollar məbləğində ESG standartlı sindikat kreditləşməsi layihəsində iştirak etmişdi. ESG ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən fəaliyyət meyarlarını əhatə edir.
Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 116 nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























