“Azərbaycan Beynəlxalq Bankı” dividend ödəyəcək, gələn ildən əməkdaşlarını mükafatlandıracaq
30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, bu barədə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə heyəti məlumat yayıb.
Məlumatda bildirilir ki, “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq olunması.
2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.
3. 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması.
4. “ABB” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. “ABB” ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.
Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir",- məlumatda bildirilir.
Xəbər verdiyimiz kimi, ABB 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21,8% və ya 45 milyon 600 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























