“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb
(®️)Mobil operator “Nar” 2022-ci ildə müxtəlif əhəmiyyətli sosial layihələrə ayırdığı vəsaitin məbləğini açıqlayıb.
Ötən il ərzində mobil operator fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsil, eləcə də milli-mənəvi irs və vətənpərvərlik istiqamətində müxtəlif layihələrə 5 milyon AZN-dən çox vəsait yatırıb.
“Nar” olaraq 2022-ci ildə 20-dən çox sosial layihə gerçəkləşdirdik. Bu layihələr birbaşa minlərlə insanın həyatına müsbət dəyişiklik gətirib. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün BMT-nin Qlobal sazişinə qoşulan ilk mobil operator olduq ki, bu da bizə sosial təşəbbüslərdə beynəlxalq təcrübədən yararlanmağa imkan verir. Cari ildə də önəmli sosial layihələrə dəstəyimizi davam etdirmək niyyətindəyik”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
Ötən il həyata keçirilən layihələrdən “Təlim Məktəbi” və “Jestdili.az” ı xüsusi vurğulamaq lazımdır. “Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. Bundan başqa, “Jestdili.az” eşitmə və nitq məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir. İstifadəçilərin harada olmasından asılı olmayaraq daim faydalanma imkanı verən bu lüğətdə video, foto və təsviri mətn formasında 5 mindən çox söz toplanıb.
Həyata keçirilən layihələr ölkədə və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, “Jestdili.az” layihəsi “NETTY 2022” milli internet mükafatını qazanmış, öncəki illərdə isə “Təlim Məktəbi” layihəsi “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. “Nar”ın həyata keçirdiyi digər sosial layihələri ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























