Bakıda 10-dan çox tibbi müəssisəsində stasionar fəaliyyət dayandırılıb, çarpayı fondu ləğv edilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nın 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.
Qeyd edək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib. Bundan sonra 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çarpayıların yığışdırılması, xəstəxanada dəyişiklik edilməsi və sağlamlıq mərkəzinə çevrilməsinə dair məlumat var idi. TƏBİB-dən qeyd edilib ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına baş həkim vəzifəsinə yeni təyinat yoxdur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


















