Bəzi bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb - ADLARI
“Lipotrim kaps N36” və “Black Panther kaps N36” nümunələrində zərərli maddə aşkarlanıb.Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 06.03.2023-cü il tarixli müraciətlə daxil olmuş “Lipotrim kaps N36“ (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb.
Bu barədə AEM-dən məlumat verilib.
Qeyd edilib ki, təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməyib, Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI”da göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.
Qeyd edək ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb.
Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.
Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















