Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

(®) Azerconnect şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023-cü il üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.
“Top Employer İnstitute” tərəfindən 2023-cü il üzrə Azərbaycanda bu nüfuzlu mükafata sahib olmaq şirkətin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də şirkətdə insan resurları siyasəti və təcrübəsinin mükəmməl tətbiqini göstərir.
Azerconnect şirkəti “Top Employer İnstitute” tərəfindən insan resursları sahəsində biznes və insan strategiyası, iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirib və mükafata layiq görülüb.
“İnsan kapitalının idarə edilməsi üzrə ən son yeniliklərin tətbiqi sayəsində öz biznes fəaliyyətimizdə xeyli uğurlara nail olmuş və ölkəmizdə bir sıra yeniliklərə imza atmışıq. Şirkətimizin daha yaxşı iş yerinə çevrilməsi istiqamətində göstərdiyimiz səylərin “Top Employer Institute” tərəfindən də qiymətləndirilməsi və nüfuzlu mükafata layiq görülməyimizdən məmnunam”, - deyə Azerconnect şirkətinin Baş Direktoru Emil Məsimov qeyd edib.
“Azerconnect şirkəti olaraq İnsan Resursları sahəsində yüksək standartların tətbiqi, əməkdaşlarımıza layiqli iş şəraitinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələri icra edirik. Bunun üçün biz çevik iş şəraiti, peşəkar inkişaf, karyera imkanları, inklüziv iş mühiti, liderlik və digər proqramlar ilə əməkdaşlarımızın davamlı inkişafına töhfə vermək istiqamətində çalışırıq. “Top Employer Institute” tərəfindən Azərbaycanda ən yaxşı işəgötürən şirkət olaraq seçildiyimiz üçün qürur hissi keçiririk. Bu sertifikat Azerconnect olaraq fəaliyyətimizin ən yaxşı beynəlxalq təcrübələrə əsaslandığının göstəricisidir”, - deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.
“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. İnsan Resursları sahəsində mükəmməl strategiyası, siyasəti və təcrübələri ilə Azerconnect şirkəti işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına sadiq olduğunu, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olduğunu nümayiş etdirir. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz bu ilki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə Top Employer Institutunun Baş Direktoru David Plink qeyd edib.
“Top Employer Institute” insan təcrübələrində mükəmməlliyin tanınması üzrə qlobal təşkilatdır. Təşkilat iş dünyasını zənginləşdirmək üçün təcrübələri sürətləndirməyə dəstək göstərir. “Top Employer İnstitute”nin Sertifikatlaşdırma Proqramı vasitəsilə iştirakçı şirkətlər təsdiqlənə, sertifikatlaşdırıla və ən yaxşı iş yeri olaraq kimi tanına bilər. 30 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərən “Top Employers Institute” 121 ölkədə/regionda 2053 təşkilatı sertifikatlaşdırmışdır. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9,5 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.
Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
