Sahibkarlarla BOKT-lar arasındakı mübahisələrin mediatorun köməyi ilə həllinə üstünlük veriləcək
AMFA və Mediasiya Şurası məkdaşlıq memorandumu imzalayacaq.04 aprel 2023-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası, Mərkəzi Bank və Mediasiya şurasının səlahiyyətli nümayəndələri arasında dəyirmi masa görüşü keçirilmişdir.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, görüşdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri Murad Məmmədov, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov və AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev və sədr müavini Süleyman Kələşov çıxış etmişdilər, mikro və kiçik sahibkarlarla bank olmayan kredit təşkilatları arasında yaranmış mübahisələrin qısa zamanda səmərəli və effektiv həllinda mediasiyanın potential və imkanlarını qeyd etmişdilər.
Müzakirə zamanı bank olmayan kredit təşkilatlarının müştərilərinin mübahisəli keyslərin məhkəmədənkənar mediatorun (vasitəçinin) köməyi ilə həll edilməsinin üstünlükləri barədə və eyni zamanda maliyyə xidmətlərinin istehlakçıları ilə bağlı mediasiya işlərində ən çox rast gəlinən çətinliklər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığa xidmət edən təkliflər səsləndirilib.
Görüşün nəticəsi olaraq AMFA və Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq Memorandumun hazırlanması qərara alınıb. Əməkdaşlıq çərçivəsində Mediasiya şurası tərəfindən BOKT-lərin rəhbər heyəti üçün mediasiyanın fayda və üstünlükləri və AMFA tərəfindən isə mediatorlara mikromaliyyə təşkilatların kreditlərinə dair səciyəvi cəhətlərinə dair seminar və təlimlərin həyata keçirilməsi planlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























