Azərbaycanda biznes kredit almağı azaldıb - BİZNESİN BORCU AZALIB, ƏHALİNİN BORCU ARTIB
Azərbaycandakı bankların cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yanvar ayında 75 milyon 236 min manat artdıqdan sonra fevralda 87 milyon 838 min manat artıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 28 Fevral 2023-cü il tarixində bankların cəmi kredit portfeli 19 milyard 757 milyon 429 min manat təşkil edib ki, bu da 31 Yanvar 2023-cü il tarixi ilə (19 milyard 669 milyon 592 min manat) müqayisədə 87 milyon 838 min manat çoxdur.
2023-cü ilin ilk 2 ayında (yanvar-fevral) bankların cəmi kredit portfeli 163 milyon 74 min manat artıb.
ƏHALİNİN BORCU ARTIB
Bankların kredit portfeli əhali tərəfindən götürülən istehlak və ipoteka kreditlərinin hesabına artıb. Bankların biznes kreditləri portfeli azalıb.
Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında bankların biznes kreditləri portfeli 19 milyon 483 min manat azalaraq 10 milyard 835 milyon 578 min manata düşüb. Ötən ilin sonunda Bankların biznes kreditləri portfeli 10 milyard 855 milyon 61 min manata çatmışdı.
Bankların biznes kreditləri portfeli yanvarda 9 milyon 501 min manat, fevralda isə 9 milyon 982 min manat azalıb.
2023-cü ilin yanvar-fevral aylarında bankların istehalk kreditləri portfeli 109 milyon 422 min manat artaraq 5 milyard 863 milyon 567 min manata, ipoteka kreditləri portfeli isə 73 milyon 25 min manat artaraq 3 milyard 58 milyon 184 min manata çatıb.
Bankların istehlak kreditləri portfeli yanvarda 57 milyon 720 min manat, fevralda 51 milyon 702 min manat artıb.
Bankların ipoteka kreditləri portfeli yanvarda 27 milyon 7 min manat, fevralda isə 46 milyon 18 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
29 d. əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
31 d. əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
35 d. əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
6 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























