Azərbaycan hərbiçiləri üçün biri 500 manatdan zirehli gödəkcə və dəbilqələr alındı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hər biri təxminən 500 manatdan olmaqla 10 min ədəd zirehli gödəkcə və zirehli dəbilqə alıb.
Marja.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti zirehli gödəkcə və zirehli dəbilqələrin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb. Qalib şirkət "SMM TEKSTİL" MMC-dir. Xidmət qalib şirkət ilə məbləği 4 milyon 960 min manat olan müqavilə imzalayıb. Müqavilə 5000 ədəd zirehli dəbilqənin və 5000 ədəd zirehli gödəkcənin alınmasını nəzərdə tutur. 1 dəst zirehli gödəkcə və zirehli dəbilqə 496 manata alınıb.
2019-cu ildə dövlət qeydiyyatına alınmış "SMM TEKSTİL" MMC şirkətinin nizamnamə kapitalı 210 min manat, direktoru Muhammed Demirdir. Türkiyədə "SMM Tekstil" adlı şirkət də tanınmış markalar üçün geyimlər istehsal edir.
Həmçinin Dövlət Sərhəd Xidməti "SMM Tekstil" şirkətindən 370 min manatlıq səhra çantaları və əşya kisələri alıb.
Bundan başqa, Dövlət Sərhəd Xidməti "ME.GA.AN" MMC şirkətindən 3 milyon 818 min manata 73 400 ədəd uzunboğaz çəkmələr və 445 min manata yay və qış ayaqqabıları alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























