Qarabağa canlı qüvvə, silah-sursat, mina daşınır - Müdafiə Nazirliyi tədbirlər gördü
Müdafiə Nazirliyi: Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir.
Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur.
Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir.
Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 45 d. sonra
-
- 12 d. əvvəl
-
50 d. əvvəl
Ayaqqabı istehsalında dünya nəhəngi Camper brendi Bakıda - FOTO/VİDEO
- 1 saat əvvəl
-
9 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
14 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Rəsmi məzənnələr açıqlandı

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib
Ən çox oxunanlar

Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi
