“Aqrarkredit”dən Naxçıvan ilə bağlı qərar
Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılmışdır.“Aqrarkredit” QSC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara kreditləşmənin əhatəsini genişləndirir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, "Aqrarkredit"in Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına xidmət edən regional filialı fəaliyyət göstərir. Naxçıvan filialının kredit portfeli 01.01.2023-cü il tarixə 2.6 milyon manat olmuşdur. Hazırda filial 400-dən artıq sahibkar borcalana xidmət göstərir.
Sahibkarlığın inkişafı maliyyə xidmətlərinin genişləndirilməsini, xüsusi olaraq maliyyə-kredit resurslarının əlçatanlığının yaxşılaşdırılmasını zəruri edir.
Ölkənin aqrar sahəsinin kreditləşməsində yüksək təcrübəyə malik olan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) tərəfindən 2023-cü il martın 14-də Naxçıvan filialında, mətbuat nümayəndələrinin iştirakı ilə sahibkarlarla görüş keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən sahibkarlara kreditlər verilmişdir.
Naxçıvan Muxtar Respublikanın kənd yerlərində mikro, kiçik və orta sahibkarların (məhsul istehsalçılarının) kreditə olan tələbatının ödənilməsini, sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılmasını, Aqrarkredit QSC-nin bazar payının artırılmasını təmin etmək üçün bu istiqamətdə “Aqrarkredit” QSC-nin 14 fevral 2023-cü il tarixli Qərarı ilə Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılmışdır.
Həmin qərarla “Aqrarkredit” QSC-nin öz vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının tədarükü, ticarət, xidmət və digər sahələrə əlverişli şərtlərlə, eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyinin və Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli şərtlərlə kreditlərin verilməsi qərara alınmışdır.
Martın 14-də tədbirin keçirilməsində də məqsəd həmin kreditlərin əlverişli şərtlərlə sahibkarlıq subyektlərinə verilməsi, eyni zamanda bu barədə ictimaiyyətin məlumatlandırılmasından ibarət olmuşdur.
Ona görə də martın 14-də “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialında aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə əlverişli şərtlərlə 60 min manatdan çox kreditlər verilib.
Ümumilikdə ilin əvvəlindən “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialı tərəfindən 85 müştəriyə 800 min manatdan artıq güzəştli şərtlərlə kreditlərin verilməsi həyata keçirilmişdir. Verilmiş həmin kreditlərin 70 faizdən çoxu aqrar sferada çalışan sahibkarların payına düşmüşdür.
Eyni zamanda Muxtar Respublikada kredit xidmətinin coğrafiyasının daha da genişləndirilməsi üçün regional nümayəndələrin işə cəlb olunması planlaşdırılır. Hazırda Naxçıvan filialının əhatə dairəsi daha çox Naxçıvan şəhərini, Şərur və Babək rayonlarını əhatə edir. Yeni strateji dövrdə Muxtar Respublikanın bütün rayonlarını əhatə etməklə kredit xidmətinin əhatə dairəsi genişləndiriləcək.
Qeyd olunanlarla yanaşı “Aqrarkredit” QSC tərəfindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq nəzərdə tutulur. Bununla bağlı müvafiq müqavilələr imzalandıqdan sonra muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarlara, həmin fondun vəsaitlərindən istifadə etməklə güzəştli şərtlərlə kreditlərin verilməsinə start veriləcəkdir.
Naxçıvan Muxtar Respublikasında 01.01.2023-cü il tarixinə 1188 müəssisə (hüquqi şəxs), 35.9 mindən artıq fərdi sahibkar fəaliyyət göstərir. Bunlardan təxminən 10 faizi aqrar sferada, qalanları isə iqtisadiyyatın digər sahələrində çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 d. əvvəl
-
47 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti


















.jpg)


