Azərbaycanda elektrik avtomobilləri üçün qidalanma stansiyalarının istehsalına başlanıb - QİYMƏTLƏR
Azərbaycanın "İlab" MMC şirkəti "Charge Box" adlı elektrik qidalanma stansiyalarının istehsalına başlayıb.
Şirkətin Marketinq və Reklam rəhbəri Zaur Bünyatov Marja.az-a bildirib ki, elektrik qidalanma stansiyaları İtaliya və Çindən idxal olunan hissələr ilə istehal olunur.
Zaur Bünyatov qeyd edib ki, "Charge Box" elektrik qidalanma stansiyaları elektrik avtomobillərin batereyasının qısa müddətdə enerji yığması (şarj edilməsi) üçün bir innovativ yerli məhsuldur. Stansiya 3-4 saat ərzində elektromobili enerji ilə tam qidalandırır. Bu stansiyaları dövlət idarələrində, yaşayış komplekslərində, alış-veriş mərkəzlərində, supermarketlərdə, özəl avtomobil parklarında və fərdi evlərdə quraşdırmaq mümkündür.
"Charge Box" adlı elektrik qidalanma stansiyalarının innovativ tərəfindən danışan Şirkətin baş mühəndisi Dəyanət bəy bildirib ki, bu stansiyaların 1 fazalı gərginliyə də (220 V) qoşulması mümkündür:
"Bu stansiyaları nol-fazaya qoşaraq istifadə etmək mümkündür. Avtomobili normal şəbəkəyə qoşmaqla 8-10 saat civarında bir müddətə tam şarj etmək mümkündürsə, bu cihazın göməyi ilə elektrik avtomobilinin batereyası 3-4 saat ərzində dolur".
"Charge Box" stansiyalarının divara bərkidilən və yerə bərkidilən versiyaları mövcuddur. Eyni zamanda, stansiya müştərinin istəyinə uyğun dizaynda və ölçüdə yığıla bilər. Cihazları 3 fazalı gərginliyə də qoşmaq mümkündür.
Şirkətin baş mühəndisi əlavə edib ki. stansiyalar Azərbaycanın dövlət standartlarına uyğun istehsal edir.
Elektrik qidalanma stansiyalarının qapalı məkanlar üçün nəzərdə tuluan versiyasının qiyməti 4000 manatdan, açıq məkanlar üçün - yağışa, küləyə və zərbəyə davamlı versiyasının qiyməti isə 6500 manatdan başlayır. Bu qiymətlərə quraşdırılma xidməti də daxildir.
Qeyd edək ki, "Charge Box" adlı elektrik qidalanma stansiyaları ilk dəfə Bakıda Park Bulvar ticarət mərkəzində keçirlən Elektrik Avtomobillərin Sərgisində nümayiş olunur. Maraqlanan şəxslər stansiyalardan sifariş edə bilərlər.
Park Bulvar ticarət mərkəzində təşkil edilən sərgi Martın 13-ü və 14-ündə də davam edəcək.
Əlaqə: +994 50 502 20 23
Bakı, Zaur Nudiraliyev 79, İnnoland, "İlab" MMC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 58 san. əvvəl
-
- 22 d. əvvəl
-
49 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 51 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib





















