Azərbaycan şirkəti bu il 30 milyon şüşə qab istehsalına dair müqavilə imzalayıb
“Qaradağ Şüşə Zavodu” ASC 2023-cü ildə 30 milyon ədəd şüşə qab istehsalına dair müqavilə imzalayıb.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Özəlləşdirmə şöbəsinin müdiri Əziz Mirzəyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, şirkət müxtəlif təyinatlı şüşə qablar, o cümlədən “Aznar”, “AzQranata”, “Sirab”, “Azərsun”, “Badamlı” üçün məhsul istehsal edir: “Müəssisə sutkada 120 ton şüşə emal edə bilir, illik istehsal isə 80-100 milyon şüşə qabdır. Şirkətdə İtaliya və Çexiya avadanlığı quraşdırılıb. Səhmdar Cəmiyyət ötən il "Coca Cola" şirkəti ilə də şüşə butulkaların istehsalı ilə bağlı müqavilə imzalayıb”.
Xəbər verdiyimiz kimi, “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb. Müəssisənin istehsal gücü gündə 120 ton şüşə, nizamnamə kapitalı 35 950 630 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə “Qaradağ Şüşə Zavodu” ASC-yə sahibkarların müəssisə haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirməyə cəlb edilməsi məqsədilə mediatur təşkil edilib.
Tədbirdə KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin tarixi, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat əldə ediblər.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb. Bunlardan biri də “ASK Şüşə” MMC-dir.
Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirilməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs – istehsal gücü gündə 120 ton maye şüşə, nizamnamə kapitalı 35 950 630 manat olan “Qaradağ Şüşə Zavodu” ASC təsis edilib.
Yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə müəssisənin mövcud qanunvericiliyə uyğun olaraq investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb.
Qeyd edək ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
38 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 44 d. əvvəl
-
49 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 54 d. əvvəl
- 58 d. əvvəl
-
58 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb




















